Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

"Qarabağ"ın sabiq qapıçısı: "5 dəqiqədən sonra "Milan"ın təklifini qəbul etdim"

8-02-2020, 12:00 Baxış: 56
"Qarabağ"ın sabiq qapıçısı: "5 dəqiqədən sonra "Milan"ın təklifini qəbul etdim"
 
Mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edən qapıçı Asmir Beqoviç BBC-yə müsahibə verib.
 
33 yaşlı qolkiper İtaliyanın "Milan" klubuna keçidinin tez yekunlaşdığını bildirib.
 
Bosniya və Herseqovina yığmasının üzvü "Milan"a "hə" deməyiniz üçün nə qədər vaxt lazım oldu" sualını belə cavablandırıb:
 
"5 dəqiqə sonra qərar verdim.
 
Çox seçimim var idi, amma "Milan"dan zəng gəldi və dünyanın ən böyük klublarından birində oynamaq şansım oldu.
 
Bu fürsət əlimə düşən kimi dərhal qəbul etdim.
 
"Milan" liderliyə və təcrübəyə ehtiyacı olan gənc komandadır.
 
Həm meydanda, həm də kənardan öz töhfəmi vermək üçün buradayam". Təcrübəli oyunçu İtaliya təmsilçisinin ulduz futbolçusu Zlatan İbrahimoviç barədə də danışıb: "O, kollektivə liderlik gətirdi.
 
Möhtəşəm insandır və çox peşəkardır.
 
Hər kəs üçün nümunədir. Hamını əllərindən gələnin ən yaxşısını etməyə məcbur edir". Qeyd edək ki, Asmir Beqoviç müqavilə ilə İngiltərə "Bornmut"una məxsusdur.
 
Onun klubla müqaviləsi 2021-ci ilin iyununadəkdir.