Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləridir

9-02-2020, 07:57 Baxış: 28
Bu gün Azərbaycanda növbədənkənar parlament seçkiləridir
Bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.
 
Parlament seçkiləri 125 dairəni, ümumilikdə 5573 seçki məntəqəsi əhatə edəcək.
 
Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib, onlardan 1637 nəfərin namizədliyi qeydə alınıb.
Deputatlığa namizədliyi qeydə alınanlardan 321 nəfər namizədliyini geri götürüb, MSK iki nəfərin deputatlığa namizədliyini ləğv edib.
 
Milli Məclisdə 125 deputat mandatı uğrunda 1314 namizəd mübarizə aparacaq.
 
Deputatlığa namizədlərin 79 faizi kişi, 21 faizi qadındır.
 
Seçkilərdə 19 siyasi partiyanın nümayəndələri namizəd kimi qeydə alınıb.
 
Ümumilikdə 1000 məntəqədə (bütün məntəqələrin 18%-i) veb-kameralar quraşdırılıb.
 
Seçkidə 5 milyon 329 min 460 seçici səsvermə hüququndan istifadə edəcək.
 
Seçki üçün 5 387 600 bülleten çap edilib.
 
Parlament seçkilərini izləmək üçün 77790 yerli, 883 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib.