Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Zahid Oruc seçicilərə təşəkkür etdi

Zahid Oruc seçicilərə təşəkkür etdi
Bu gün növbədənkənar parlament seçkilərində 94 saylı Bərdə kənd seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Zahid Oruc böyük fərqlə müxtəlif xarici exit-poll qurumlarının nəticələrinə görə də qalib gəlib.
 
Bunula bağlı namizəd Zahid Oruc bərdəlilərə təşəkkür edib:
"Bu gün qarda, təbiətin şıltaqlığı qarşısında böyük əzmkarlıq və iradə göstərən on minlərlə insana borcluyam.
 
Bərdəlilər tarix yazdılar ve 9 fevralı şərəfli bir dövlətçilik, etibar ve etimad gününə çevirdilər!
 
Fədakar, müdrik ve xeyirxah bərdəlilərə xidmət etmək ən şərəfli vəzifədir.
 
Biz hamılıqla toplanıb birlikdə dövlətimizin və qədim Bərdənin quruculuğunda, bundan sonra da prezidentimizin apardığı yeniləşmə kursunda iştirak edəcəyik!
 
Halal qələbəyə halallıqla xidmət edəcəyik!
 
Bərdənin qürur salnaməsi uğurla davam edəcək!"