Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Rövzət Qasımov “Namizəd vəkilinin ölməsi barədə hələlik konkret fikir bildirmək çətindir”

10-02-2020, 16:14 Baxış: 445
Rövzət Qasımov “Namizəd vəkilinin ölməsi barədə hələlik konkret fikir bildirmək çətindir”
"101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik konkret fikir bildirmək çətindir”.
 
Bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib. O bildirib ki, bütün bu məsələlər araşdırılacaq:
 
"Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.
 
Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:
 
"Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil.
 
Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil.
 
Vacib olan odur ki, hər hansı xoşagəlməz hal olanda ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün.
 
MSK da bu addımları atacaq”.