Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

XİN sözçüsü: “Bu bəyanat Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”

12-02-2020, 08:34 Baxış: 20
XİN sözçüsü: “Bu bəyanat Ermənistan rəhbərliyinin əsl niyyətini ifşa edir”
 
"Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 30 yanvar tarixində qəbul edilmiş "Sarıbekyan və Balayan Azərbaycana qarşı” adlı qərarı yekun deyil və 3 ay ərzində Azərbaycan tərəfinin bu qərarı Məhkəmənin Böyük Palatasına şikayət etmək haqqı var.
 
Hazırda bu xüsusda tərəfimizdən müvafiq araşdırmalar aparılır. APA xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin rəhbəri Leyla Abdullayeva bildirib.
 
O qeyd edib ki, AİHM-in sözügedən qərarı heç də yekdilliklə qəbul olunmayıb və Azərbaycanlı hakim Lətif Hüseynov müzakirələr zamanı xüsusi rəylə çıxış edib: "Xatırladırıq ki, Ermənistan vətəndaşı Manvel Sarıbekyan 2010-cu ilin 11 sentyabr tarixində Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttinin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb.
 
Oktyabrın 5-də isə o intihar edib və faktla bağlı Bakı Hərbi prokurorluğunda cinayət işi açılıb.