Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

“Ferrari” yeni avtomobilini təqdim etdi

12-02-2020, 08:41 Baxış: 54
“Ferrari” yeni avtomobilini təqdim etdi
 
İtaliyanın "Ferrari” komandası 2020-ci il dünya çempionatında istifadə olunacaq yeni bolidini rəsmən təqdim edib.
 
Tədbir Reco-Emiliyadakı teatrlardan birində keçirilib. Maşın SF 1000 indeksi alıb ki, bu da komandanın "Formula 1”də gözlənilən 1000-ci Qran-prisi ilə əlaqədardır.
 
Avtomobil ənənəvi qırmızı livreyada təqdim olunub.
 
Qeyd edək ki, ötən illə müqayisədə "Ferrari”nin tərkibi dəyişməyib.
 
Mübariz pilotlar qismində yenə Sebastyan Fettel və Şarl Lekler qalırlar.
 
Onlar 2019-cu ildə "Skuderiya”ya Konstruktorlar Kubokunda ikinci yeri tutmaqda yardımçı olublar.