Bakı 10° C Temperatur

76

4m/s

  • USD1.7000
  • EUR1.8828
  • RUB0.0265
  • NEFT$62.51
^
XƏBƏR LENTİ

Ramiz Mehdiyev AMEA-da 4 strukturu ləğv edib, yeni şöbələr yaradıb

12-02-2020, 13:45 Baxış: 29
 Ramiz Mehdiyev AMEA-da 4 strukturu ləğv edib, yeni şöbələr yaradıb
Azərbaycam Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının strukturunda dəyişiklik edilib və 4 qurum ləğv olunub.
 
Bunlar Protokol şöbəsi, Katiblik, İkinci xüsusi şöbə və Elmi irs mərkəzidir.
Bundan başqa, Rəyasət Heyətində iki yeni - Daxili nəzarət və audit şöbəsi və Sənədlərlə iş şöbəsi yaradılıb.
 
Eyni zamanda, Elm və təhsil baş idarəsinin adı dəyişdirilərək Elm və təhsil idarəsi, Beynəlxalq əlaqələr idarəsinin adı yenilənərək Xarici əlaqələr idarəsi, Elmi tədqiqatların koordinasiyası şöbəsinin adı dəyişdirilərək Elmi tədqiqatların əlaqələndirilməsi şöbəsi, Maliyyə və mühasibat uçotu şöbəsi Maliyyə şöbəsi adlandırılıb.
 
İqtisad elmləri üzrə fəlsəfə doktoru Fail Kazımov Elm və təhsil idarəsinə, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Xarici əlaqələr idarəsinə rəis təyin ediliblər.
 
F.Kazımov indiyə qədər həmin idarənin rəisi vəzifəsini icra edirdi.