Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

MSK bir neçə dairəni ləğv etdi

13-02-2020, 17:22 Baxış: 24
MSK bir neçə dairəni ləğv etdi
 Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədlər - Hikmət Şirinov və Razim Əmiraslanovun müraciətinə baxılıb.
 
Məsələ ilə bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. MSK katibi bildirib ki, aktların araşdırılması zamanı seçki bülletenləri əvvəlcədən kəsilib, müşahidəçilərin səsvermənin hesablanmasında iştirakına komissiya tərəfindən maneə yaradılıb, bəzi məntəqələrdə pozuntular aşkarlanıb. Seçicilərin iradəsinin müəyyənləşməsinə yol verilmədiyi məlum olub. Sosial şəbəkələrdə pozuntularla bağlı bu dairə üzrə görüntülər paylaşılıb. Bəzi namizədlərə güzəştlərin olması halları da müəyyən edilib. Ekspert qrupu belə bir nəticəyə gəlib ki, dairə üzrə seçkilər etibarsız hesab edilməli, Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun olaraq, fevralın 9-da keçirilən seçkilərdə namizədlərin MSK-ya müraciətləri təmin edilməlidir. Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. Xatırladaq ki, bu dairənin lider namizədi Çingiz Qənizadə idi.
 
                                               ****
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 74 saylı Lənkəran kənd seçki dairəsindən deputatlığa namizədlər Bəşirov Rəvan və Əzizxan Əzizovun müraciətinə baxılıb.
 
Məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. MSK üzvü bildirib ki, bir çox materiallara baxarkən müəyyən edilib ki, müşahidəçilərin iştirakı ilə protokollar tərtib edilməyib: "Həmçinin protokollar səsvermə otağından kənara çıxarılaraq tərtib edilib. Seçicilərin iradəsini müəyyənləşdirməyə imkan verməyən pozuntular aşkar edilib, qanunvericiliyin tələbləri pozulub. Bəzi namizədlərə aid səslərə sonradan düzəlişlərin edilməsi halları müəyyən edilib. Səsvermənin etibarsız sayılan məntqələrinin sayı 27-dir. İclasda həmin dairənin 27 seçki məntəqəsi üzrə səsvermənin etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
 
                                                           ****
 
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd İqbal Ağazadə və səlahiyyətli nümayəndəsi Rafael Tağızadənin müraciətinə baxılıb. "Report” xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Ramiz İbrahimov məlumat verib. MSK üzvü bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin araşdırılması zamanı Ekspert Qrupu tərəfindən belə bir qənaətə gəlinib ki, həqiqətən də, seçki qanunvericiliyinin pozuntularına yol verilib: "2 seçki məntəqəsində seçki komissiyasında protokol verilməyib. Bir çox məntəqələrdə bu cür pozuntulara yol verilib. Bu hallar da onu göstərir ki, seçicilərin həqiqi iradəsini müəyyənləşdirməyə imkan verilməyib. Protokolların hansının düzgün olması qeyri-mümkündür. Dairənin 33 məntəqəsinin 30-da belə hallar müəyyən edilib. Hesab edirəm ki, səsvermənin nəticələri etibarsız sayılmalıdır”. İclasda həmin dairənin 30 seçki məntəqəsi üzrə səsvermənin nəticələri hesab edilib və həmin dairə üzrə səsvermənin nəticələri etibarsız hesab edilməsi məsələsi müzakirəyə çıxarılıb və qəbul edilib.
 
                                         ****
Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 33 saylı xətai birinci seçki dairəsi ilə bağlı şikayətlərə baxılır.
 
Hazırda iclas davam edir.
 
Xatırladaq ki, bu dairənin lider namizədi Hüseynbala Mirələmovdur.