Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$56.64
^
XƏBƏR LENTİ

Yeni seçilmiş deputatların iş yeri

11-02-2020, 16:56 Baxış: 16
Yeni seçilmiş deputatların iş yeri
Artıq Mərkəzi Seçki Komissiyası VI çağırış Milli Məclisə seçkilərin nəticələrini elan edib. 
Konstitusiya Məhkəməsi seçkilərin nəticəsini təsdiq etdikdən sonra namizədlər deputat mandatını əldə edəcəklər.
Budəfəki çağırışda Milli Məclisin deputat korpusunda 43 yeni sima var.
İlk dəfə deputat seçilən şəxslərin hazırkı fəaliyyətini araşdırıb.
Bildirək ki, yeni simalar arasında dövlət və özəl sektorda çalışanlar var.
Onlardan biri icra başçısı, digəri isə dövlət komitəsinin sədridir.
Siyahıda həkim, təhsil işçisi, şöbə müdiri olanlar da var. İki nəfər işsizdir, bir nəfər isə müvəqqəti işsizdir.
Həmçinin Xüsusi Dövlət Mühafizə Xidmətində, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində çalışanlar da var.
 
7 saylı Ordubad-Culfa Quliyev Cəbi (YAP)- Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru



12 saylı Qaradağ-Binəqədi-Yasamal Səbinə Xasıyeva (YAP)-Lökbatan bələdiyyəsində sədr müavini


14 saylı Xəzər seçki dairəsi Soltan Məmmədov ( bitərəf)- Heydər Əliyev Fondu Beynəlxalq əlaqələr departamentinin rəisi 

16 saylı Yasamal  seçki dairəsi Erkin Qədirli (bitərəf)- İşləmir.


17 saylı Yasamal seçki dairəsi Elnur Allahverdiyev (YAP)-  Heydər Əliyev Mərkəzində direktor müşaviri


24 saylı Nizami seçki dairəsi Könül Nurullayeva (bitərəf)- "Eventoc" Tədbir Əməliyyat Komitəsinin baş direktorunun müavini

27 saylı Sabunçu seçki dairəsi  Əliabbas Salahzadə (YAP)- Sabunçu Rayon İcra Hakimiyyətində şöbə müdiri


29 saylı Səbail seçki dairəsi Nigar Arpadarai  (bitərəf)- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri


31 saylı Suraxanı seçki dairəsi  Etibar Əliyev (bitərəf)- AMEA fəlsəfə institutu, böyük elmi işçi


32 saylı Suraxanı seçki dairəsi Afət Həsənova (YAP)- Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini

35 saylı Xətai seçki dairəsi  Rauf Abbasov (Bitərəf)- "Yeni Müsavat" qəzetinin təsisçisi, baş redaktor


39 saylı Kəpəz seçki dairəsi Müşfiq Cəfərov (YAP)- Gəncə şəhər Gənclər və İdman baş idarəsinin rəisi

41 saylı Sumqayıt seçki dairəsi Hicran Hüseynova (YAP)- Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri


43 saylı Sumqayıt seçki dairəsi  Emin Hacıyev (YAP)- Rusiyanın azərbaycanlı Gənclər Birliyində məsul katib, İdarə Heyətinin üzvü


44 saylı Sumqayıt-Xızı seçki dairəsi Müşfiq Məmmədli (YAP)- Sumqayıt şəhər uşaq xəstəxanası, baş həkim


46 saylı Şirvan seçki dairəsi İltizam Yusifov (bitərəf)- "Şirvan operating company”

50 saylı Abşeron-Qobustan seçki dairəsi Şahin Seyidzadə (bitərəf)- Təhsil İnstitutunda direktor müavini

53 saylı Quba-Qusar seçki dairəsi Anatoliy Rafailov (bitərəf)- "Sağlam Ailə" MMC-də beynəlxalq əlaqələr üzrə ekspert

54 saylı Şabran-Siyəzən seçki dairəsi Sadiq Qurbanov (YAP)- Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində sədr müavini


56 saylı Xaçmaz kənd seçki dairəsi Sevil Mikayılova (bitərəf)- ''Trend analitik informasiya agentliyi'', baş direktorun müavini


57 saylı Kürdəmir seçki dairəsi Əminə Ağazadə (bitərəf)- Baş Prokurorluğun beynəlxalq əlaqələr idarəsi


59 saylı Salyan seçki dairəsi Jalə Əhmədova (bitərəf)-Xüsusi Dövlət Mühafizə Xidməti


62 saylı Saatlı seçki dairəsi Əziz Ələkbərov (YAP)- AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsində aparıcı elmi işçi

63 saylı Sabirabad seçki dairəsi Kamal Cəfərov (YAP)- Korrupsiyaya qarşı mübarizə üzrə komissiyanın katibi


64 saylı Sabirabad seçki  dairəsi Ramin Məmmədov (YAP)- Diasporla iş üzrə Dövlət Komitəsində sədr müavini


66 saylı Biləsuvar seçki dairəsi Bəhruz Məhərrəmov (bitərəf)- "Paşa Sığorta" ASC-də korporativ hüquq xidmətinin rəhbəri


70 saylı Masallı şəhər seçki dairəsi Məşhur Məmmədov (YAP)- Azərbaycan Mebel İstehsalçıları Assosiasiyası 


71 saylı Masallı kənd seçki dairəsi Anar İsgəndərov (YAP)- Bakı Dövlət Universitetində kafedra müdiri


79 saylı İmişli seçki dairəsi Razi Nurullayev (bitərəf)- işsiz


84 saylı seçki dairəsi  Vüqar Bayramov (bitərəf)- İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri


85 saylı Şamaxı seçki dairəsi Tamam Cəfərova (bitərəf)- Azərbaycan Dillər Universiteti, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor


89 saylı seçki dairəsi Məzahir Əfəndiyev (bitərəf)- Nazirlər Kabineti Aparatının maliyyə və iqtisadiyyat şöbəsi müdirinin müavini


91 saylı Ucar seçki dairəsi Ramil Həsən (YAP) -müvəqqəti işsiz

93 saylı Bərdə şəhər seçki dairəsi  Fatma Yıldırım (YAP)- Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının İnsan Resursları şöbəsinin müdiri


96 saylı Goranboy-Naftalan seçki dairəsi Anar Məmmədov (YAP)- Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, şöbə rəisi


99 saylı Şəmkir kənd seçki dairəsi Nurlan Həsənov (YAP)- Prezident Adminstrasiyasi hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi


101 saylı Göygöl-Daşkəsən seçki dairəsi Elşad Mirbəşiroğlu (YAP)- "Sosial Tədqiqatlar Mərkəzi" İdarə Heyətinin sədr müavini


102 saylı Samux-Şəmkir seçki dairəsi Nizami Səfərov (YAP)- Milli Məclis aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri


104 saylı Gədəbəy-Tovuz seçki dairəsi Arzu Nağıyev (bitərəf)- "Trend Agentliyi" MMC direktor müavini


113 saylı Şəki şəhər seçki dairəsi Vüqar İsgəndərov (YAP)- Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi


120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi Ceyhun Məmmədov (YAP)- Azərbaycan İlahiyyat İnstitutunun rektoru


122 saylı Xankəndi seçki dairəsi Tural Gəncəliyev (bitərəf)-   "Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyi İdarə Heyətinin sədri


123 saylı Kəlbəcər Aqil Məmmədov (YAP)- Kəlbəcər rayon icra hakimiyyətinin başçısı