Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Rusiya “YUKOS”un sabiq səhmdarlarına 50 mlrd. dollar ödəməlidir

18-02-2020, 14:27 Baxış: 40
    Rusiya “YUKOS”un sabiq səhmdarlarına 50 mlrd. dollar ödəməlidir

Haaqa Apelyasiya Məhkəməsi Rusiyanın "YUKOS” neft şirkətinin sabiq səhmdarlarına 50 milyard dollar məbləğində kompensasiya ödəməsi barədə qərar qəbul edib.
 
 TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün məhkəməsinin saytında məlumat verilib.
 
Bildirilib ki, Haaqa Apelyasiya Məhkəməsi dairə məhkəməsinin qərarını yanlış hesab edib və qərar ləğv edilib.
 
2014-cü ildə Haaqa Arbitraj Məhkəməsinin Rusiyanın "YUKOS” neft şirkətinin sabiq səhmdarlarına dəymiş zərərə görə 50 milyard dollar həcmində kompensasiya ödəməli olduğu barədə qərar yenidən qüvvəyə minib.
 
Rusiya qərardan Niderland Ali Məhkəməsinə şikayət verə bilər.