Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Tural İsmayılov - “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”

18-02-2020, 16:21 Baxış: 29
Tural İsmayılov -  “Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”
"Ölkə başçısının Münhendə Paşinyanı darmadağın etməsi Paşinyan əleyhinə müqavimətin güclənməsinə təkan verdi”.
 
Bu sözləri açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib: "Münhen görüşünə qədər Paşinyana qarşı güclü koalisiya formalaşmışdı.
 
Bu anti-paşinyan koalisiyası özündə rəngli siyasi qruplaşmaları təmsil edir. Təsəvvür edin ki, Ermənistandakı siyasi ortam o qədər xaos həddinə çatıb ki, Qarabağ klanı, Sarkisyanın partiyası, Sarkisyanın ən sərt tənqidçilərindən olan Tsarukyan və onun "Çiçəklənən Ermənistan” Partiyası, "Sasna-Tser” solçu qruplaşması və konstitusiya tərəfdarı olan mühafizəkarlar ona qarşı vahid komanda halında mübarizə aparırlar. Həbsdə olan Koçaryan tərəfdarları da Paşinyan hökümətinə qarşı gizli təşkilatlanma nümayiş etdirirlər.
 
Bundan başqa Münhenə gəlməmişdən öncə AŞPA-da da siyasi məhbus Mğer Yegizaryanın həbsxanada ölməsinə görə Paşinyana qarşı fikirlər səsləndi.
 
Son olaraq, Konstitusiya Məhkəməsinin iflic edilməsi və sədr Hrayr Tovmasyanın həm özünün, həm də tərəfdarlarının siyasi təqiblərə məruz qalması erməni lobbisi fəallarının da narazılığına səbəb olub.
 
Paşinyanın küçə "bağırtılarını” dəstəkləyən diaspora indi onu konstitusiyanı linç etməkdə günahlandırırlar. Qərblə münasibətləri korlanan Paşinyanın ATƏT və AB səfirləri ilə Yerevandakı görüşü də gərgin keçdi.
 
Bir tərəfdən Rusiya tərəfindən qeyri-ciddi fiqur kimi qəbul olunması, digər tərəfdən isə konstitusiya ilə bağlı siyasi referendum qərarı ilə Qərbdən də ciddi bəyanatlar və basqılarla üzləşməkdədir.
Əvvəllər onunla eyni cinahda Sarkisyana qarşı "vuruşan” Zauri Postanciyan kimi radikal siyasi simalar da indi Paşinyanın sərt tənqidçiləri qismində yer alır.
 
Aram Hamparyanın rəhbərlik etdiyi Amerikadakı erməni lobbi təşkilatları, başda "ANCA”, Fransada Laurent Leylekian və digərləri Paşinyanın ölkədə böyük bir çaxnaşma hazırladığını üstüörtülü və ya açıq şəkildə bəyan edirlər”.
 
Ölkə başçısı İlham Əliyevin Münhendə Paşinyanı siyasa iflasa daha da yaxınlaşdırdığını deyən Tural İsmayılov Ermənistanda siyasi qarışıqlığı proqnoz etmənin artıq daha rahat olduğunu bildirib: "Paşinyan bütün cəbhələrdə İlham Əliyevə məğlub oldu. Erməni mediası Azərbaycan Prezidentinin Paşinyanı darmadağın etməsini çəkinmədən manşetə verirlər. Erməni sosial media seqmentlərində Paşinyan məsxərə obyektinə çevrilib.
 
Münhen görüşündən keçən iki gün ərzində xaricə səpələnmiş erməni lobbi təşkilatları ciddi narazılıq ifadə edirlər.
 
Bütün hər yerdə Paşinyan əleyhinə "kəps”lər və postlar yayılır. Küçə adamının siyasi səbatsızlığı və savadsızlığı İlham Əliyev tərəfindən bütün dünyanın gözünün qabağında ortaya qoyuldu”.
 
Paşinyanın siyasi ömrünün qısa olduğunu vurğulayan ekspert bundan sonra Ermənistan iqtidarı ilə diaspora arasında uçurumun daha da artacağını söyləyib.