Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

İstedadlı və yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir texnologiyalardan istifadəni bacarmalıdırlar

19-02-2020, 09:01 Baxış: 36
İstedadlı və yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir texnologiyalardan istifadəni bacarmalıdırlar
 
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə pedaqoji istedadlı və yaradıcı gənclərin toplantısı keçirilib.
 
Gənclər və İdman Nazirliyindən bildiriblər ki, toplantıda 60-dan çox gənc iştirak edib.Tədbirdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov qeyd edib ki, dövlətimizin başçısının Sərəncamı ilə təsdiq olunan "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramı ölkəmizin bütün sahələrini əhatə edən, gənclərə istiqamət verən mühüm sənəddir.
 
Gənclər bu imkanlardan səmərəli istifadə etməli, ölkəmizin inkişafına töhfələrini verməlidirlər.
 
Ağcabədi Pedaqoji Kollecinin direktor müavini Rövşən Bayramov, rayon Gənclər və İdman İdarəsinin gənclər sahəsi üzrə aparıcı məsləhətçisi Cavid Bünyadov bildiriblər ki, yaradıcı gənclər daim özlərini inkişaf etdirməli, müasir biliklərə yiyələnməli, müasir texnologiyaların imkanlarından yüksək səviyyədə istifadəni bacarmalıdırlar.
 
Daha sonra mövzu ətrafında gənclərlə birlikdə təhlillər və müzakirələr aparılıb.