Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Hikmət Hacıyev: “Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır”

24-02-2020, 11:25 Baxış: 30
Hikmət Hacıyev: “Əsas məqsəd Xocalının beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır”
"Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və onun soyqırımı aktı kimi tanıdılması istiqamətində səylərimiz davam edir”.
 
Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
 
O qeyd edib ki, əsas məqsəd Xocalı faciəsinin beynəlxalq məhkəmələr müstəvisində soyqırımı kimi tanınmasına nail olmaqdır: "Azərbaycan xalqı Xocalı faciəsinin 28-ci ildönümünü qeyd edir.
 
Xocalı faciəsi xalqımızın ağrılı yarasıdır. Azərbaycan xalqı Xocalı qurbanlarının xatirəsini öz yaddaşında saxlayır və böyük ehtiramla yad edir.

Bu gün Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə təqdim olunması və soyqırımı aktı olaraq tanıdılması istiqamətində səylərimiz davam edir.
 
Çox müsbət haldır ki, 10-dan artıq ölkənin parlamentləri və bir çox ölkənin yerli qanunverici orqanları səviyyəsində Xocalı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi qəbul edilib.
 
Əsas məqsədimiz beynəlxalq məhkəmələr müstəvisində Xocalının soyqırımı kimi tanıdılmasına nail olunmasıdır ki, bu prosesdə də ictimai məlumatlandırma, Xocalıya ədalət kampaniyası, vətəndaş cəmiyyəti təşkilatlarımızın fəaliyyəti, diplomatik nümayəndəliklərimizin və diaspor təşkilatlarımızın fəaliyyəti çox önəmli xarakter daşıyır”.