Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Nahid Bağırov Saatlının deputatı seçilmədi, İsmayıllıya başçı təyin olundu

5-03-2020, 15:58 Baxış: 100
  Nahid Bağırov Saatlının deputatı seçilmədi, İsmayıllıya başçı təyin olundu   
Prezidentin digər sərəncamı ilə Nahid Rza oğlu Bağırov İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
 
İcra başçısı təyin olunan Nahid Bağırov haqqında məlumatları təqdim edir. Nahid Bağırov 4 aprel, 1979-cu ildə Bakı şəhərində anadan olub.
 
Orta təhsili 242 və 151 saylı məktəblərdə alıb. 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakültəsini,
 
2006-cı ildə isə Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq Fakültəsini bitirib.
 
2000-2001-ci illərdə 177 №-li Hərbi Hissədə hərbi xidmətdə olub. 1998-2000-ci illlərdə Bakı şəhəri Sabunçu rayon məhkəməsində katib vəzifəsində,
 
2001-2005-ci illərdə "Sir” hüquq şirkətinin vitse-prezidenti vəzifəsində çalışıb.
 
2009-cu ildən etibarən və hal-hazırda Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədridir.
 
2011-2013-cü, 2013-2015-ci və 2015-2017-ci illərdə Birləşmiş Millətlər Təşkilatı nəzdində Ümumdünya Turizm Təşkilatının (UNWTO) Qoşulan üzvlər şurasının Avropa üzrə vitse-prezidenti seçilib.
 
2018-ci ildən etibarən və hal-hazırda Azərbaycan Sahibkarlar Təşkilatları Konfederasiyasının (ASK) idarə heyətinin üzvüdür. 2018-ci ildən etibarən və hazırda Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında yaradılan İctimai şuranın sədr müavinidir. 2014-cü ildə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən turizm sahəsində fərqləndiyinə görə ”Fəxri Turizm İşçisi", 2018-ci ildə Mülki Aviasiya Administrasiyası tərəfindən "Fəxri Aviasiya İşçisi” adına layiq görülüb. 2019-cu ildə Azərbaycan Respublikası Prezidenti tərəfindən Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlığın genişləndirilməsi ilə bağlı dövlət siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə "Tərəqqi” medalı ilə təltif edilib.
 
Ailəlidir, iki övladı var.
 
Xatırladaq ki, Nahid Bağırov 9 Fevral 2020-ci ildə keçirilən növbədənkənar Milli Məclis seçkilərində 62 sayli Saatlı Seçki Dairəsi üzrə namizədliyini vermişdi.