Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Moskvada önəmli razılaşma: M4 Türkiyədə qaldı, M5 isə...

6-03-2020, 09:47 Baxış: 1 497
Moskvada önəmli razılaşma: M4 Türkiyədə qaldı, M5 isə...
İdlibdə bütün hücumların əsas səbəblərindən biri də M5 magistralının tutulması idi.
 
Bu sözləri türkiyəli ekspert Ceyhun Bozqurd ötən gün Moskvada keçirilən Ərdoğan-Putin görüşünü şərh edərkən deyib.
 
"Əsəd rejimi üçün bu yol çox önəmlidir. Çünki Hələbdən Dəməşqə, Xümsə gedən istiqamətdir. Strateji önəmi ilə yanaşı, eyni zamanda, ticarət yoludur.
 
Məsələn, Hələbdən gələn gəlir rejim üçün çox böyük maliyyə mənbəyi ola bilərdi. Ölkədə çox ciddi gərginlik var və bunu həll etməli idi. Burada anlaşılan budur:
 
M5-lə bağlı hər kəs mövqeyini qoruyacaq.
 
M4 magistralını Türkiyə müəyyən yolla əldə saxlayacaq, çünki bölgədəki insanların təhlükəsizliyi üçün önəm kəsb edir”, - deyə Bozqurd bildirib.
 
Qeyd edək ki, Ərdoğanla Putinin İdlib razılaşmasına görə, M4 magistralı rus və türk əsgərlərin nəzarətində olacaq.