Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

YAP-ın Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri müəyyənləşib

10-03-2020, 09:43 Baxış: 70
YAP-ın Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri müəyyənləşib
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin Sədri və Milli Məclis Sədrinin müavinləri postlarına namizədləri məlum olub.
 
Namizədlər bu gün YAP İdarə Heyətinin iclasında müəyyənləşib.
 
YAP-ın Milli Məclis Sədri postuna namizədi Sahibə Qafarova, Milli Məclis sədrinin birinci müavini postuna namizədi Əli Hüseynli , Milli Məclis Sədrinin müavini postuna namizədi isə Hicran Hüseynova olub.
 
***
 
09:30

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilib.
İclasda Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.
 
***
 
09:24
Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin qapalı iclası keçirilir. 
İclasda parlamentdə çoxluq təşkil edən YAP-ın Milli Məclisin sədri, sədrin I müavini və sədrin müavini vəzifəsinə namizədlərin irəli sürülməsi məsələsi müzakirə olunur.