Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Milli Məclisin yeni 65 yaşlı sədri kimdir?

10-03-2020, 10:29 Baxış: 97
  Milli Məclisin yeni 65 yaşlı sədri kimdir?
 
Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisin sədri vəzifəsinə namizədliyini irəli sürdüyü Sahibə Qafarova 1955-ci ildə anadan olub.
 
S.Qafarova M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) fərqlənmə diplomları ilə bitirib.
 
1981-ci ildən bu günə qədər Bakı Slavyan Universitetində çalışır.
 
2000-2004-cü illərdə Qərb Universitetinin Qərbi Avropa Dilləri fakültəsinin dekanı və İngilis filologiyası kafedrasının müdiri vəzifələrində çalışıb.
 
Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru olub. Sahibə Qafarova ədəbiyyat nəzəriyyəsi, müasir rus və Amerika ədəbiyyatları üzrə mütəxəssisdir.
 S.Qafarova 05 dekabr 2018-ci ildə Avropa Şurası Parlament Assambleyasının "Kimsəsiz və valideynlərdən ayrılmış miqrant uşaqlar: səmərəli qəyyumluğa ehtiyac" mövzusu üzrə məruzəçi seçilib.

70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Filologiyada Gender problemlərinin tədqiqi ilə məşğuldur.
 
Azərbaycan alimi, filologiya elmləri doktoru, professordur.
 
O, 98 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilib, 2010-cu ildən Milli Məclisin üzvüdür.