Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir

10-03-2020, 11:07 Baxış: 358
Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb, Prezident iclasda iştirak edir
11:30
Altıncı çağırış Milli Məclisin bu gün keçirilən ilk iclasında iştirak edən Prezident İlham Əliyev nitq söyləyib.
 
*****
11:00
Milli Məclisin yeni tərkibdə ilk iclası başlayıb.
 
İclasda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir. İclasda Dövlət Himni səsləndirilib.
 
İclas Milli Məclisin ən yaşlı deputatı Fəttah Heydərovun sədrliyi ilə keçirilir.
 
Fəttah Heydərov Milli Məclisə seçilmiş deputatların siyahısını oxuyub. İclasda sədrlik edənin təklifi ilə hesablayıcı komissiya seçilib.
 
İclasda təşkilati məsələlərə baxılır.
 
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən Milli Məclisin Spikeri postuna Sahibə Qafarovanın namizədliyi irəli sürülüb.
 
YAP-ın Milli Məclis sədrinin müavini postuna namizədi Əli Hüseynlidir. Milli Məclisdə bitərəf deputatların Milli Məclis Sədrinin müavini postuna namizədi isə Adil Əliyevdir.
 
Xatırladaq ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçirilib.