Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Zahid Oruc Komitə sədri oldu

10-03-2020, 12:51 Baxış: 89
Zahid Oruc Komitə sədri oldu
 
Millət vəkili Zahid Oruc Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri seçildi.
Qeyd edək ki bu komitədə əvvəl Bahar  Muradaova sədr, Elman Nəsirov, Fazil Mustafa, Flora Qasımova,Hikmət Baba oğlu Məmmədov, Naqif Həmzəyev, Sona Əliyeva, Tahir Kərimli və Əflatun Amaşov isə üzv idi.

Bu Komitə insan hüquqları və azadlıqlarının təmin olunması və qorunması sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir.
 
İnsan hüquqları komitəsi:

insan hüquqları və azadlıqlarının təmin olunması və qorunmasına, milli azlıqların statusunun müəyyən edilməsi və hüquqlarının təmin olunmasına, qaçqınların və məcburi köçkünlərin statusunun müəyyən edilməsi və hüquqlarının qorunmasına dair qanun layihələrini hazırlayır, Milli Məclisin müzakirəsinə tövsiyə olunan və insan hüquqları və azadlıqlarına toxunan bütün qanun layihəlinə dair rəy verir;
Azərbaycan Respublikası Milli Məclisinin və ya Azərbaycan Respublikası Milli Məclisi sədrinin tapşırığı ilə qanun və qərar layihələrinə insan hüquqları və azadlıqlarının təmin edilməsi baxımından rəy verir;
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikası məhkəmələri hakimlərinin vəzifədən kənarlaşdırılması barədə məsələlərə baxır və rəy verir;
 
Azərbaycan Respublikasının Hesablama Palatasının sədri, sədr müavini və auditorlarının, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri və sədr müavininin vəzifədən azad edilməsi barədə məsələyə baxır və bu barədə rəy verir