Bakı 13° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8463
  • RUB0,0265
  • NEFT$36.64
^
XƏBƏR LENTİ

Bu deputatlara maşın verilir - Siyahı

11-03-2020, 09:49 Baxış: 24
Bu deputatlara maşın verilir - Siyahı
Milli Məclisin Sədri, sədrin I müavini, sədr müavinləri, o cümlədən, parlamentin komitə sədrləri xidməti avtomobillərlə təmin ediləcək.
 
Avtomobillə təmin olunacaq deputatların siyahısını təqdim edirik.
 
1. Milli Məclisin Sədri - Sahibə Qafarova;
 
2. Milli Məclis sədrinin I müavini – Əli Hüseynli;
 
3. Milli Məclis sədrinin müavini – Fəzail İbrahimli;
 
4. Milli Məclis sədrinin müavini - Аdil Əliyev;
 
5. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri – Ziyаfət Əsgərov;
 
6. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev;
 
7. Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev;
 
8. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc;
 
9. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov;
 
10. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri – Tahir Mirkişili;
 
11. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov;
 
12. Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev;
 
13. Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov;
 
14. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovа;
 
15. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Pаşayeva;
 
16. Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov.
 
Milli Məclisin 15 komitəsindən 3-nün sədrinə isə komitə sədri kimi xidməti avtomobil verilməyəcək.
 
Buna səbəb onların parlamentdə daha yüksək vəzifə sahibi kimi avtomobillə təmin olunmasıdır.
Bundan əlavə, bəzi deputatların xidməti avtomobillərinin dəyişdiriləcəyi gözlənilir.