Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8427
  • RUB0,0220
  • NEFT$30.64
^
XƏBƏR LENTİ

Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

16-03-2020, 14:53 Baxış: 46
  Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır
 
Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
 
"Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır. Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib.
 
Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.