Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

"Aprel döyüşləri - böyük qələbənin başlanğıcı..." - Zahid Oruc

3-04-2020, 11:02 Baxış: 37
"Aprel döyüşləri - böyük qələbənin başlanğıcı..."  -  Zahid Oruc
 
Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən dörd il ötür.
 
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə erməni təxribatının qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri qısa müddətdə düşmənin ön və dərinlikdə cəmləşən qüvvələrini müəyyənləşdirərək qəti zərbələrlə sıradan çıxardı.
 
Altaba.az bildirir ki,Bunu Millət vəkili Zahid Oruc Aprel döyüşlərinin dördüncü ildönümü ilə bağlı bildirib.
 
O, cəbhə bölgəsindəki 4 günlük döyüşlərin Azərbaycan cəmiyyətində ruh yüksəkliyi yaratdığını deyib: Uğurlu əməliyyatlar nəticəsində Talış kəndi istiqamətindəki yüksəkliklər, həmçinin geniş ərazini nəzarətdə saxlamaq imkanı verən olduqca strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi də düşməndən azad olundu.
 
Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi.
 
Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Və bu güc bir daha bəyan etdi ki, biz öz torpaqlarımızı müharibə yolu ilə azad etməyə qadirik, lakin Azərbaycan sülh yolunu daha üstün tutur.
 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar,
 
Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır.
Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını artıq Azərbaycan torpaqlarının işğalına qurban verib.
 
Hələ qarşıda bizi daha böyük qələbələr gözləyir. Yaşasın Azərbaycan! Sonda isə bir daha Aprel şəhidlərimizi hörmət və fəxarət hissi ilə anırıq.
 
Allah rəhmət etsin!
 
Zahid Oruc
"Aprel döyüşləri - böyük qələbənin başlanğıcı..."  -  Zahid Oruc