Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı paylaşım edib

10-05-2020, 10:46 Baxış: 365
Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "Instagram” səhifəsində Heydər Əliyevin doğum günü münasibətilə fikirlərini paylaşıb.
 
Paylaşımda deyilir:
 
"Bu gün Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür.
 
Dünya siyasətçiləri üçün o, müdrik və uzaqgörən siyasi və dövlət xadimi, xalqımız üçün – Azərbaycanın inkişafında misilsiz xidmətlər göstərmiş dahi lider, doğma və yaxınları üçün – qayğıkeş, mehriban, səmimi, sevimli İnsan – dost, ata və baba idi.
 
Bu gün Heydər Əliyev aramızda olmasa da, onun xatirəsi qəlbimizdə həmişə yaşayacaqdır”.