Bakı 19° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,8369
  • RUB0,0231
  • NEFT$31.93
^
XƏBƏR LENTİ

Sahib Məmmədov yüksək vəzifəyə təyin olundu

13-05-2020, 21:30 Baxış: 262
Sahib Məmmədov yüksək vəzifəyə təyin olundu
 
Sahib Əli oğlu Məmmədov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib.
 
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat yayılıb.
 
O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək. Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb.
 
2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib.
 
"Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub.
41 yaşı var.