Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9066
  • RUB0,0248
  • NEFT$38.41
^
XƏBƏR LENTİ

"Tokio-2020" gələn il keçirilməsə, ləğv ediləcək"

21-05-2020, 09:28 Baxış: 29
"Tokio-2020" gələn il keçirilməsə, ləğv ediləcək"
 
Yaponiyanın paytaxtı Tokiodakı Yay Olimpiya Oyunları 2021-ci ilin yayında keçirilməyəci təqdirdə, ləğv ediləcək.
 
Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax BBC-yə açıqlamasında deyib.
 
Funksioner bildirib ki, yarışın vaxtını dəyişmək və Oyunların Təşkilat Komitəsində bir neçə min insanı işə götürmək mümkün deyil.
 
Bax hər il dünyada beynəlxalq federasiyaların iş qrafini dəyişməyin mümkünsüz olduğu söyləyib: "Fərqli ssenarilərə hazır olmalıyıq. Tokio-2020 gələn il iyul ayında olacaq, lakin təhlükəsiz mühitin təşkili üçün əlavə tədbirlər tələb oluna bilər.
 
İdmançılar və digər olimpiada iştirakçıları üçün karantin tələb oluna bilər".
 
Qeyd edək ki, Tokio olimpiadası koronavirusla əlaqədar 2021-ci il 23 iyul - 8 avqusta keçirilib.