Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb

31-05-2020, 11:04 Baxış: 1 666
Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası başlayıb
Milli Məclisin yaz sessiyası çərçivəsində sonuncu plenar iclası başlayıb.
 
İclasın gündəliyinə 12 məsələ daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
 
- "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişinin təsdiq edilməsi haqqında” qanun layihəsi;
 
- "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;
 
- "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;
 
- "Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında təhlükəsizlik üzrə əməkdaşlıq haqqında Saziş”ə Əlavə Protokolun təsdiq edilməsi barədə” qanun layihəsi;
 
- "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyinin və Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin yerləşməsi üçün qarşılıqlı olaraq torpaq sahələrinin ayrılması haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi;
 
- "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında” qanun layihəsi;
 
- "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi;
 
- "Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi;
 
- "Azərbaycan Respublikasının Mülki Məcəlləsində və Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş);
 
- "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş);
 
- "Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş);
 
- "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (ikinci oxunuş).