Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Mir Şahin Dağıstandakı olayda şübhəli məqamdan danışdı

18-06-2020, 10:53 Baxış: 63
Mir Şahin Dağıstandakı olayda şübhəli məqamdan danışdı
 
Rusiya-Azərbaycan sərhədində baş verən hadisələri diqqətlə izləyirəm.
 
Ölkənin ayrı-ayrı rayonlarında özünü göstərən lokal narazılıq parçalarını da müşahidə edirəm.
 
Ortada şübhəli və təhlükəli əlaqə hiss edirəm.
 
Bu sözləri Real TV-nin rəhbəri Mir Şahin Ağayev sosial şəbəkə hesabında bildirib.
 
O qeyd edib ki, Azərbaycanda qarışıqlıq yaratmaq istəyən qüvvələr əsasən sosial şəbəkələrin fəal istifadəçiləridir:
 
"Onlar arasında yerli FİTİLLƏR də var, xaricdə oturub burda ocaq qalamaq istəyən CƏHƏNNƏM ODABAŞILARI da.
 
Dövlət maraqlarını qoruyan nüfuzlu şəxslərin telefonlarına xarici nömrələrdən təhdid mesajları gəlir. Sosial şəbəkələrdə cəmiyyət, əhali koronavirusa inanmamağa, qanunlara tabe olmamağa, idarəsizlik, tabesizlik mühiti yaratmağa çağırılır. Bu sahədə təşkil olunmuş böyük basqı var. Sosial şəbəkələr bu gün zərərverici qüvvələrin əlində olan əsas ideologiya-diversiya tribunasıdır.
 
Virtual məkanda faktiki olaraq anti-dövlət qiyamı baş verir. Əhalinin problemlərinin ən həssas yerləri müəyyən edilir və o sahə "işlənir”.
 
Xüsusi qabardılır. Məsələn, bu gün o sahə su mövzusudur. Suriya hadisələrini ciddi araşdıran analitik kimi qeyd edim ki, orda da təxribatçılar, ərəb qaponları kəndlilərin əkin suyuna ehtiyaclarını ilk etiraz aksiyalarına çevirmişdilər.
 
Sonra axan təkcə su olmadı. Diqqətli olmalıyıq! Hər bir həmkarımdan, sosial şəbəkə istifadəçisindən xahiş, dövlətin uyğun qurumlarından isə tələb edirəm ki, vəziyyətin ciddiliyini nəzərə alsınlar.
 
Sosial şəbəkələrdə mütəşəkkil cinayətkar qrup kimi fəaliyyət göstərənlərin müəyyən edilərək qanun ayağına gətirilməsini təmin etməyə çalışaq! Qızışdırıcı qüvvələr dərhal zərəsizləşdirilməlidir.
 
İnternet TV-lərin auditoriyasının (böyük-kiçikliyinə baxmadan) mövqelərinin müəyyənləşdirilməsinə nail olunmalıdır.
 
Onlara oynadıqları oyunun təhlükəsi başa salınmalıdır: ya ağılla, ya qanunla! Blogerlər, ayrı-ayrı sərbəst qələm, klaviatura sahiblərinin məsuliyyət hüdudları dürüst göstərilməlidir. Hakim partiyanın 750 min üzvü var.
 
Heç olmasa gənc YAP-çıların böyük bir hissəsi virtual məkana dislokasiya edilməlidir.
 
Bütün antidövlət qüvvələr üzərində xalis qələbə qazanmalıyıq.
 
Xüsusi Rejimin tələbləri Hərbi Vəziyyətin tələblərinə bərabər tutulmalıdır.
 
Geri çəkilməyə yerimiz yoxdur! Arxada Dövlətdir! AZƏRBAYCANDIR!”