Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Ermənistan daxili siyasi savaşın astanasındadır” – Tural İsmayılov

18-06-2020, 16:49 Baxış: 129
“Ermənistan daxili siyasi savaşın astanasındadır” – Tural İsmayılovErmənistanın daxili siyasi seqmentində qarşıdurmaların pik həddə çatmağı yeni iğgtişaşları doğuracaq.
 
Bunu açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov bildirib: "Hələ aylar əvvəl proqnozlarımda qeyd etmişdim ki, Paşinyana qarşı daxili siyasi savaş bir neçə ay ərzində öz kuliminasion nöqtəsinə çatacaq. Paşinyan əvvəlcə Ermənistan konstitusiyasınıtarimar etməyi qarşısına məqsəd qoydu. Konstitusiya Məhkəməsinin sədri Tovmasyana və ailəsinə qarşı olan hücumlar hakimlərin və məhkəmə sisteminin siyasi iqtidarla münasibətlərini korladı. Ardınca isə Sarkisyan və Koçaryan, onlara bağlı olan qüvvələr Paşinyana qarşı yeni gizli koalisiyanı formalaşdırdılar.
 
Bu koalisiya 3-4 cəbhədə Paşinyan və ailəsinə, həyat yoldaşı Anna Akobyana qarşı informasiya müharibəsi aparırlar. Ermənistan DTK-nin keçmiş sədri, Ermənistanın Vatikandakı keçmiş səfiri Minasyan isə Paşinyan və ətrafını korrupsiyada və dövlət büdcəsini dağıtmaqda ittiham edir. Paşinyanın siyasi savadsızlığı nəticəsində bu qüvvələr neytrallaşdırılmadan bu dəfə ona qarşı "Çiçəklənən Ermənistan” Partiyası və tərəfdarları tərəfindən yeni müqavimət bloku formalaşdı. Ermənistan bölgədə hüquqa ən rəzil hücumu edərək müxalif millət vəkili Qaqik Tsarukyanın mandatını əlindən aldı və həbs etdirdi. Nəzərə alaq ki, Ermənistan müxalifətində təmsil olunan bir xeyli maliyyə mənbəyi, oliqarxiya və biznesmenlər həm də nəhəng oliqarx hesab olunan Tsarukyanın ətrafında cəmləşmişdi. Ermənistan müxalifətinin qatı millətçi nümayəndəsi Naira Zoqrabyanın da Paşinyana qarşı sərt bəyanatlarının səsi eşidilməyə başlanıb. Digər tərəfdən, Dağlıq Qarabağdakı qondarma terror rejiminin uydurma seçki şousuna dünyanın mövqeyi və burada da Sarkisyana bağlı olan klanların hələ də rəhbərlikdə təmsil olunmağı Paşinyan üçün daha çətin siyasi nəticələr doğurur.”
 
Tural İsmayılov vurğulayıb ki, Avropa Parlamentinin Qarabağa qanunsuz üçüncü yol çəkilişinə görə tənqidləri Paşinyanın olmayan nüfuzunu daha da zəiflətdi: "Beynəlxalq təşkilatlar Ermənistandakı qəsbkar rejimə öz layiq olduqları cavablarını verdi. Ermənistanın qanunsuz yol çəkilişinə Avropa Parlamentinin kəskin mövqeyi vəziyyətin Ermənistan üçün heç də yaxşı olmadığını göstərir.
 
Ermənistanda Koronavirus pandemiyası ilə mübarizə də uğursuz aparıldı və nəticədə yoluxma və ölüm sayına görə Ermənistandan acınacaqlı mənzərə hökm sürür. Əhalinin pandemiya şəraitində dəstəksiz qalmağı da Paşinyan iqtidarının vəziyyətini pisləşdirir.”