Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Beynəlxalq təşkilatlar Ermənistandakı repressiyalara niyə susur ? – AKTUAL ŞƏRH

18-06-2020, 12:55 Baxış: 612
Beynəlxalq təşkilatlar Ermənistandakı repressiyalara niyə susur ? – AKTUAL ŞƏRH
"Demokratiyanı təbliğ edən qurumlar, o cümlədən ATƏT səssiz qalıb” «Bunun bir neçə səbəbi var. Əsas hərəkətverici qüvvə isə erməni lobbisidir» "Beynəlxalq təşkilatlar həmişə ikili siyasət yürüdüblər.
 
Biz müxtəlif faktlarda bunun şahidi olmuşuq”.
Bunu Ermənistanda baş verən qarşıdurma haqqında danışarkən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli deyib.
 
Onun sözlərinə görə, Ermənistanda "Sarukyan” fraksiyasının lideri, milyonçu Qaqik Sarukyanın deputat toxunulmazlığı parlament tərəfindən ləğv edilib.
Sarukyan ifadə vermək üçün istintaqa cəlb olunub:
 
"Q.Sarukyanın tərəfdarları Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirməyə cəhd göstərsələr də, ölkənin təhlükəsizlik qüvvələri bunun qarşısını kobudluqla alıb. Yüzlərlə adam saxlanılıb və təzyiqlərə məruz qalıb. Demokratiyanı təbliğ edən beynəlxalq qurumlar, o cümlədən ATƏT bütün bunların qarşısında səssiz qalıb”.
 
Ə. Əlibəylinin fikrincə, bu, ilk belə hal deyil: "Bir müddət əvvəl Dağlıq Qarabağda keçirilən qondorma seçkilər zamanı da qərəzli münasibəti gördük.
 
Beynəlxalq təşkilatlar bu rəzilliyə, repressiyaya heç bir reaksiya vermədilər.
Hətta dövlət başçımız tənqidi fikirlərlə AŞPA-ya müraciət etdi.
 
Beynəlxalq ictimaiyyətin olaylara adekvat münasibət göstərmədiklərini təsdiqləyən onlarca belə fakt deyə bilərəm”. Ekspert baş verənləri erməni lobbisi ilə əlaqələndirdi: "Beynəlxalq qurumlar Azərbaycanda keçirilən seçkiləri insan haqqlarının tapdanması kimi qiymətləndirirlər.
 
Həmçinin məişət zəminində baş verən həbsləri siyasiləşdirirlər.
Ancaq Ermənistandakı hadisələri görməzdən gəlirlər.
 
Bunun bir neçə səbəbi var. Əsas hərəkətverici qüvvə isə erməni lobbisidir.
 
Paşinyanın küçədən hakimiyyətə gətirilməsi də erməni lobbisinin fəaliyyətinin nəticəsidir”.