Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Bu rayonda 20 min insan sənədsiz evdə yaşayır - Vüqar Bayramov

19-06-2020, 16:28 Baxış: 664
Bu rayonda 20 min insan sənədsiz evdə yaşayır -  Vüqar Bayramov
Milli Məclisin bugünkü plenar iclasında "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
 
Qanun layihəsinin müzakirəsində bir sıra deputatlar bələdiyyələrin problemlərini gündəmə gətirib. Deputat Vüqar Bayramov təklif olunan qanun layihəsində sənədlərə baxılma müddətinin azaldılmasını təklif edib:
 
"Sənəddə göstərilir ki, bələdiyyə təqdim olunan sənədə 45 iş günü ərzində baxa bilər. İş günlərini nəzərə alsaq, bu müddət aylar çəkə bilər.
 
Ona görə də düşünürəm ki, bu müddətin azaldıması vacibdir”.
 
Deputat Rauf Əliyev isə bələdiyyələrin sənəd verə bilməməsi ilə bağlı məsələni gündəmə gətirib:
 
"Bu gün Xəzər rayonunda 20 min insan sənədsiz evdə yaşayır.
 
Bu onunla bağlıdır ki, bələdiyyələr sənəd verə bilmir.
 
Bələdiyyələrin xəritəsi belə yoxdur və onlar torpaqlarının yerini bilmir. Seçicilər bizə müraciət edir ki, işıqla, qazla, su ilə bağlı problemlər var.
 
Biz o problemləri aidiyyəti qurumlar qarşısında qaldırırıq, amma evlər sənədsiz olduğu üçün məsələ həll olunmur”.
 
Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub. Facebook