Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

AB ikiyə parçalandı: Avropanın xilas planı razılaşdırılmadı

20-06-2020, 10:23 Baxış: 546
AB ikiyə parçalandı: Avropanın xilas planı razılaşdırılmadı
Avropa Birliyinin 27 ölkəsi arasında koronavirusa görə Avropanın uzunmüddətli xilas planı ilə bağlı danışıqlar uğursuzluğa düçar olub.
 
Bu məlumatı "Blumberq” agentliyi yayıb. Məlumata görə, birlik ölkələri Avropa Komissiyasının may ayında Avropa iqtisadiyyatının bərpa edilməsi ilə bağlı təqdim etdiyi konsepsiya üzərində razılığa gələ bilməyiblər.
 
Təqdim edilən plana əsasən, tərəflər razılığa gələcəyi halda AB ölkələrinə 500 milyard avro qrant, 250 milyard kredit veriləcəkdi.
 
Bununla belə planı yalnız Fransa, Almaniya və koronavirusdan ən çox əziyyət çəkən Cənubi Avropa ölkələri müdafiə ediblər. Şimali Avropa ölkələri, o cümlədən Avstriya və Niderland subsidiyaların təqdim edilməsinə qarşı çıxaraq, bunun yerinə bütün vəsaitin kredit şəklində verilməsini istəyiblər.