Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

23-06-2020, 10:10 Baxış: 891
Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb
Gürcüstandan təxliyə ediləcək Azərbaycan vətəndaşları arasında koronavirusa yoluxma halı müəyyən edilməyib.
 
Bu barədə yerli bürosuna Azərbaycanın Tbilisidəki konsulu Ramel Lətifov bildirib.
Onun sözlərinə görə, ötən gün 178 Azərbaycan vətəndaşından götürülən PCR testinin hamısının cavabı neqativ olub, bu səbəbdən vətəndaşların təxliyəsi üçün heç bir maneə qalmayıb.
 
Qeyd edək ki, Azərbaycan vətəndaşları bir neçə dəqiqə sonra Tbilisidə Azərbaycan səfirliyinin binasının qarşısından ayrılmış 3 xüsusi avtobusla Sınıq Körpü sərhəd keçid məntəqəsinə gətiriləcək.
 
Təxliyə ediləcək şəxslər Azərbaycanda karantində saxlanılmayacaq və onlara qeydiyyatda olduqları əraziyə getmələri üçün ölkə ərazisində bir günlük sərbəst hərəkət icazəsi veriləcək.