Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Səməd Seyidov: “Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi Azərbaycana böyük etimadın göstəricisidir”

28-06-2020, 10:09 Baxış: 481
Səməd Seyidov: “Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi Azərbaycana böyük etimadın göstəricisidir”
"130-a qədər BMT üzv dövləti tərəfindən Qoşulmama Hərəkatının sədri statusunda Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi barədə təşəbbüsünün dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük etimadın və hörmətin növbəti göstəricisidir.
 
Xüsusi sessiya pandemiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin tam səfərbər edilməsinə şərait yaradacaq”.
 
Bunu açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.
 
S.Seyidov deyib ki, dünyanın 130-dan çox dövləti Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünü dəstəkləməsi həm də təşəbbüsün vaxtında irəli sürüldüyünü bir daha təsdiq edir:
"Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.
 
Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü bu il mayın 4-də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında COVİD-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Zirvə Görüşü təşkil edildi.
 
Bu tədbirdə Qoşulmama Hərəkatı üzv dövlətləri ilə yanaşı BMT-nin Baş Katibi, BMT Baş Assambleyasının Prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru, Afrika İttifaqı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatların yüksək çinli nümayəndələri də iştirak etdilər.
 
Tərkibində 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin təmsil olunduğu ikinci ən böyük siyasi təsisatdır. Bundan öncə isə Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya ilə mübarizəyə həsr edilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü keçirilib.
 
Eyni zamanda Azərbaycan COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin nümunəsi kimi Ümumdünya Səhiyyə Təşkilatına könüllü ianə ayırıb, 30-dan artıq dövlətə humanitar yardım edib”.
 
Parlamentin komitə sədri Prezident İlham Əliyevin COVİD-19 pandemiyası ilə mübarizənin ayrılıqda deyil, birlikdə mümkün olduğunu vurğulayıb: "Söhbət həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə birlikdən gedir.
 
Dövlət başçısı dəfələrlə ümumən cəmiyyətin sağlamlığının qorunması üçün hər bir kəsin məsuliyyətli davranmasının, tibbi maskadan istifadə edilməsinin, sosial məsafənin qorunmasının, şəxsi gigiyenaya diqqət yetirilməsinin vacib olduğunu, pandemiya ilə mübarizədə yalnız birgə səyin nəticə verəcəyini bəyan edib.
 
Eyni zamanda Prezident İlham Əliyev dövlətlərin pandemiya ilə mübarizədə birgə səy göstərməsinə dair təşəbbüsün müəlliflərindən biri, birincisidir. Hazırda pandemiya ilə mübarizədə başqa bir yol da yoxdur.
 
Öncə də qeyd etdiyim kimi, Prezident İlham Əliyev bunu Türk Şurası və də Qoşulmama Hərəkatının Təmas Qrupunun videokonfrans formatında Zirvə görüşlərində də bəyan edib.
 
Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsinin 130 qədər dövlət tərəfindən dəstəklənməsi çox mühümdür.
 
Onu da nəzərə çatdırım ki, BMT Nizamnaməsinə əsasən, BMT Baş Assambleyası ehtiyac duyulduğu təqdirdə Xüsusi sessiyalar keçirə bilər.
 
 
Xüsusi sessiyalar BMT Təhlükəsizlik Şurasının və ya BMT-yə üzv ölkələrin çox hissəsinin müraciəti əsasında Baş katib tərəfindən çağırılmalıdır.
 
BMT-nin təsis olunmasından indiyə qədər Baş Assambleyanın xüsusi sessiyaları məhdud sayda keçirilib. Təklif Nyu Yorkda Qoşulmama Hərəkatına 120 üzv ölkələri arasında yekdilliklə razılaşdırılıb və bunun ardınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv ölkələr adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə BMT baş katibi Antonio Quterreşə müraciət ünvanlayıb .BMT Baş katibi 28 may tarixində BMT Baş Assambleyasının "Prosedur Qaydaları” adlı sənədinin 9 (a) bəndinə uyğun olaraq bütün üzv ölkələrə müraciət edərək 30 gün müddətində, yəni 27 iyun tarixinə qədər təşəbbüsə dair münasibət bildirilməsini xahiş edib.
 
Qaydalara əsasən, BMT-yə üzv ölkələrin çox hissəsi (97 ölkə kifayətdir) təşəbbüsə dəstək verdiyi təqdirdə, xüsusi sessiya təşkil olunmalıdır. Azərbaycan tərəfində olan rəsmi məlumatlara görə, həmin müddətin bitməsinə qədər 130-a qədər ölkə təşəbbüsə dəstək verdikləri barədə Baş katibin ofisini məlumatlandırıblar”.
 
S.Seyidov qeyd edib ki, xüsusi sessiya pandemiya qarşısında beynəlxalq ictimaiyyətin tam olaraq səfərbər olunmasına şərait yaradacaq və bu qlobal təhdidə qarşı qlobal cavabın tapılmasına öz müsbət töhfəsini verəcək: "COVİD-19 pandemiyasının davam etməsi bir daha onu göstərir ki, dünya ölkələrinin dövlət və hökumət başçıları səviyyəsində dünya parlamenti adlandırılan BMT Baş Assambleyasının Xüsusi sessiyası çərçivəsində təcili və təxirə salınmadan bir araya gəlməsinə, dünyanı bürüyən COVİD-19 bəlasından çıxış yollarını müzakirə etməsinə və həll yollarının tapmalısına böyük ehtiyac və tələbat var.
 
Onu da qeyd edim ki, bu gün dünyada ən böyük və ən nüfuzlu beynəlxalq təşkilat BMT-dir Azərbaycanın isə BMT-ni idarə etmək təcrübəsi var, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və BMT Təhlükəsizlik Şurasına sədrlik edib.
 
Belə bir təşəbbüsün irəli sürülməsi və dəstəklənməsinə nail olunması BMT-nin fəaliyyətinə dərindən bələd olan Azərbaycanın və onun siyasi rəhbərliyinin məntiqi, düşünülmüş addımı kimi qiymətləndirilməlidir.
 
O da təsadüfi deyil ki, Bu təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olub. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi”.