Bakı 35° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9297
  • RUB0,0247
  • NEFT$39.41
^
XƏBƏR LENTİ

Putin dünyanı yenidən bölməyi təklif edir

29-06-2020, 13:30 Baxış: 673
Putin dünyanı yenidən bölməyi təklif edir
Putin Qərbə dünyanı yenidən bölməyi təklif edir.
 
Bu sözləri rusiyalı yazar İqor Qreçkin deyib. "Putin 80 il əvvələ getməyi və dünya xəritəsini təsir sferalarına görə çəkməyi təklif edir.
 
Bu mümkün deyil. Ona görə ki, bu dövr ərzində dünya ciddi şəkildə dəyişib. Mərkəzi və Şərqi Avropa ölkələri öz suverenliklərini qaytarıb, NATO ilə Avropa Birliyinin tamhüquqlu üzvü olublar.
 
Onların kürəyi ardından nə Fransa, nə ABŞ, nə də Britaniya Putinlə razılığa gedəcək. Almaniya və Yaponiya olmadan heç bir qlobal razılaşmanın mənası olmayacaq.
 
Rusiyanın özü də dəyişib. Ümumi bərabərlik ideyasına inanan fanatik kommunistlər yerinə qlobal iqtisadi məkana daha çox inteqrasiya edən elita yaranıb.
 
Qərbdə bunu başa düşürlər, ona görə də nüvə silahı ilə təhdid Qərb elitasında Putin üçün lazımlı təəssürat yaratmayacaq”, – deyə yazıb.