Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Gürcüstanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi qəbul edilib

29-06-2020, 13:39 Baxış: 534
Gürcüstanda proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi qəbul edilibGürcüstan parlamenti proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişi layihəsini üçüncü oxunuşda qəbul edib.
 
Bu gün keçirilən səsvermədə parlamentin 117 üzvü dəyişikliyin lehinə, 3 üzv isə əleyhinə səs verib.
 
Müxalif "Vahid Milli Hərəkat” və "Avropalı Gürcüstan” partiyaları səsvermədə iştirak etməkdən imtina edib.
 
Düzəlişə əsasən, 2020-ci ilin oktyabrında keçirilməsi planlaşdırılan parlament seçkiləri 120 proporsional, 30 majoritar olmaqla qarışıq seçki sistemi ilə baş tutacaq, seçki baryeri isə 1% təşkil edəcək.
Digər Xəbərlər