Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı

6-07-2020, 09:37 Baxış: 355
Kuznetsovdan Bakıya töhfə: “Qarabağ” kanalı açıldı
Məşhur rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Yandeks (Yandex) internet bazasında "Qarabağ: Rusiyadan baxış” informasiya kanalı açıb.
 
Bu barədə Oleq Kuznetsov özü bildirib.
"İlk dəfə olaraq rusiyalı elm xadimi Qarabağla bağlı qərəzsiz faktlar və müzakirələrlə dolu olacaq bir resurs yaradır. Kanalın Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına dəstək olacağına inanıram”, - deyə tarixçi qeyd edib.
 
Kuznetsovun sözlərinə görə, o bu ideya üzərində uzun müddət işləyib: "Düzünü desəm, bunu ideya da adlandırmaq düz olmaz, çünki bu mənim içimdən gəlib.
 
Uzun illərdir ki, müəyyən qara əllər sayəsində Qarabağ həqiqətləri dünyaya başqa bucaq altında çatdırılır.
 
Hətta Rusiyada bu münaqişə barəsində hərə bir söz danışır.
 
Mən uzun illərdir Qafqazla bağlıyam və indi insanlar soruşurlar ki, reallıqda bu regionda nə baş verir.
 
Bu kanal vasitəsi ilə insanlar faklarla möhkəmləndirilən, dəlillərlə dolu həqiqəti görə biləcəklər”.
 
Oleq Kuznetsovun Qarabağ kanalını dəstəkləmək üçün  bu linkə daxil olub "Подписаться” (abunə olmaq) düyməsini basa bilərsiz.