Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Astarada polis toyu dayandırdı, bəy şöbəyə aparıldı

7-07-2020, 10:59 Baxış: 311
Astarada polis toyu dayandırdı, bəy şöbəyə aparıldı
 
Astara Rayon Polis Şöbəsinə şəhər sakini Elçin Şiriyevin oğluna toy mərasimi təşkil etməsi barədə polisə məlumat daxil olub.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Dərhal polis əməkdaşları sözügedən ünvana gələrək toy mərasimini dayandırıblar.
 
Bəy Azad Şirizadə və digər qonaqlar saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub.
 
E.Şiriyev barəsində toplanmış materiallar məhkəməyə göndərilib, karantin rejiminin tələblərini pozduqları üçün 7 nəfər barəsində isə protokol tərtib edilərək cərimə olunublar.