Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Elmar Məmmədyarovun iranlı həmkarı ilə telefon danışığı olub

14-07-2020, 20:26 Baxış: 81
İyulun 14-də Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə telefon danışığı olub.
 
XİN-dən verilən məlumata görə, Elmar Məmmədyarov iranlı həmkarını Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat, hücum cəhdinin qarşısının alınması, bölgədə davam edən gərginlik və mövcud vəziyyət barədə məlumatlandırıb.
 
Ermənistan təcavüzünün bölgədə əsas təhlükə mənbəyi olduğunu qarşı tərəfin diqqətinə çatdıran nazir işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ətraf rayonlarından çıxarılmasının zəruriliyini vurğulayıb.
 
Nazir Məhəmməd Cavad Zərif İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı məlum mövqeyini təkrar edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasının İran İslam Respublikasının regional strategiyası olduğunu bildirib.
 
O, münaqişənin həllinin irəlilədilməsi üçün İranın dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib.