Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

AKP, CHP, MHP və İYİ Partiyadan olan millət vəkilləri Ermənistanın Azərbaycana hücumu ilə bağlı etiraz bəyanat yayıb

17-07-2020, 09:09 Baxış: 29
AKP, CHP, MHP və İYİ Partiyadan olan millət vəkilləri Ermənistanın Azərbaycana hücumu ilə bağlı etiraz bəyanat yayıb
 
Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyətçi Hərəkət Partiyası (MHP) və İYİ Partiyanın millət vəkillərinin qrup rəhbərləri Ermənistanın Azərbaycana hücumlarına etiraz edən bəyanat qəbul ediblər.
 
Bu gün TBMM sədrinin müavini Süreyya Sadi Bilgiç bəyanatı parlamentdə səsləndirib.
TBMM sədr müavini bildirib ki, Türkiyə parlamenti olaraq millət vəkilləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tovuz rayonuna 12 İyuldan başlayan hücumlarını şiddətlə qınayır.
Ermənistanın yanlış yolda olduğunu xatırladan Süreyya Sadi Bilgiç Azərbaycan ərazisi olan Dağlıq Qarabağı və ətraf bölgələrini illərdən bəri işğal altında saxlayan Ermənistanın hazırkı hücum mövqeyini Cənubi Qafqazda daimi sülhə və sabitliyə ən böyük maneə hesab etdiklərini bildirib: "Beynəlxalq ictimaiyyəti Ermənistanın qanunları və hüququ heç sayan bu davranışlarına qarşı sərt mövqe bildirməyə çağırırıq. Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü beynəlxalq aləmdə tanınmış qanunlar çərçivəsində sülh yolu ilə həll edilməsinə olan dəstəyimizi bir daha təkrarlayırıq. 
 AKP, CHP, MHP və İYİ Partiyadan olan millət vəkilləri Ermənistanın Azərbaycana hücumu ilə bağlı etiraz bəyanat yayıb 
Ermənistan BMT-nin Təhlükəsizlik Şurası və ATƏT-in qərarlarına razılaşmalı, işgal ettiyği Azərbaycan torpaqlarından çəkilməlidir”.
Süreyya Sadi Bilgiç şəhidlər verən Azərbaycan xalqına, hökumətinə başsağlığını bildirərək deyib ki, "İki dövlət, bir millət” anlayışına malik, sülh və sabitliyin tərəfdarı olan Türkiyə bundan sonra da bütün imkanları ilə ərazi bütövlüyünü bərpa etmək üçün Azərbaycanın yanında olacaq. Sonda millət vəkilləri ayağa qalxaraq bəyanatda səslənən fikirlərə alqışlarla da dəstəklərini ifadə ediblər.