Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Paşinyanın "7 həyasız şərti”nin izahı budur

25-07-2020, 19:54 Baxış: 52
Paşinyanın "7 həyasız şərti”nin izahı budur
 
Ermənistan Baş naziri Nikol Paşinyanın Tovuz təxribatından sonra irəli sürdüyü "7 şərt” faktiki olaraq bizim üçün kapitulasiya olar. Bu şərtlər altında danışıqlardan söhbət belə gedə bilməz.

Bu sözləri açıqlamasında Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistan Baş naziri Nikol Paşinyanın danışıqlarla bağlı "7 şərt”ini şərh edərkən deyib.

Politoloq bildirib ki, Paşinyan cəbhədə qələbə qazana bilmədiyini görüb, xalqı yenidən yalanlarla aldadır:

"Bu "7 şərt” erməni həyasızlığının bir sonrakı səviyyəsidir. Aprel döyüşlərinin ardından bu ölkə indi də Tovuzda təxribata əl atdı və ciddi itkilər verdi. Bununla belə, Paşinyan utanmadan xalqının gözünün içinə baxa-baxa Azərbaycanın Ermənistana hücumunun qarşısını aldığını bildirdi.

Bundan başqa, Tovuz təxribatının Ermənistan ordusunun regionun ən intellektual və döyüşkən ordusu olduğunu "sübuta yetirdiyini” söyləməsi faktiki olaraq bu şəxsin usta bir yalançı olduğunu göstərir”.

Politoloq Paşinyanın "şərtlər”inə diqqət çəkib:

"Birincisi: "Ermənistan və Qarabağdakı qondarma rejim "ümumi təhlükəsizlik sistemini” gücləndirməlidir”.
Aprel döyüşlərində çox güvəndikləri və illərlə qurduqları "Ohanyan istehkamı”nın 40 dəqiqəyə darmadağın edilməsi hamının yadındadır.

İkincisi: "Qarabağdakı qondarma rejim danışıqların tamhüquqlu üzvü olmalıdır”.

Qondarma rejimin danışıqlar prosesinin tamhüquqlu üzvü olması müzakirə mövzusu belə ola bilməz. Azərbaycan heç bir zaman işğal edilmiş torpaqlarda yaradılan bir ünsür ilə bərabər səviyyədə danışıqlar masasına otura bilməz.

Üçüncüsü: "Azərbaycan ictimai şəkildə güc tətbiqindən imtina etməli və antierməni ritorikasının dayandırmasıyla bağlı addımlar atmalıdır”.

Ermənistan tərəfinin belə bir şərt irəli sürməsi qəribədir. Çünki Paşinyan administrasiyası hakimiyyətə gətirildikdən sonra bu fonda ritorikanı məhz onlar edir. Məncə, bu şərti ermənilər ilk növbədə özləri yerinə yetirməlidir.

Dördüncüsü: "Danışıqlar mənalı olmalıdır. Azərbaycanın hərbi məqsədini danışıqlar masası ətrafında həll etmək istəyir ki, bu da bütün danışıqlar prosesini mənasız edir. Əgər Azərbaycan özünün maksimalist tələblərindən imtina edib, məhdudiyyətsiz kompromisə getməyə hazır olsa, danışıqların mənası olacaq”.
Azərbaycanın tələbləri açıq-aydındır. Burada maksimalist heç bir davranış yoxdur. Azərbaycanın işğal altında olan torpaqlarının geri qaytarılması, ərazi bütövlüyünün təmin edilməsi, daha sonra isə danışıqların bu formatda davam etdirilməsi, beynəlxalq müşahidəçilərin nəzarətində referendum elan edilməsi kimi tələbləri tam demokratik və humansit tələblərdir.

Beşincisi: "Qarabağ xalqı”nın öz müqəddəratını təyinetmə haqqını tanıma, Ermənistan və Qarabağdakı qondarma rejimin təhlükəsizliyi heç bir şəraitdə güzəşt predmeti ola bilməz”. Azərbaycan heç bir halda işğal edilmiş torpaqlarında erməni xalqının ikinci dəfə öz müqəddaratını həll etməsinə yol verə bilməz.

Altıncısı: "Karantinə qədər atəşkəs rejiminin saxlanılması üçün keçirilən monitorinq faktiki olaraq məhdudlaşdırılıb. Təcili olaraq daimi nəzarət mexanizmlərini özündə ehtiva edən beynəlxalq monitorinq sistemi ərsəyə gətirilməlidir”.

Bu cür monitorinq fəaliyyətlərini ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisi həyata keçirməlidir.

Yeddincisi: "Sülhün əldə olunması üçün Ermənistan Minsk Qrupunun həmsədrləri ilə fəaliyyətini davam etdirəcək.

Düşünürəm, bu iki maddə eyni mənanı ehtiva edir. ATƏT faktiki olaraq münaqişənin həllində acizlik göstərir. Ermənistan bu yolla sadəcə danışıqları uzatmaq, status-kvonu saxlamaq niyyətindədir.

Ermənistan bu "şərtlər”lə danışıqlar prosesində maraqlı olmadığını açıqlamış oldu”.