Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Partiyam təkbaşına qalib gəlməlidir - Saakaşvili

4-08-2020, 08:30 Baxış: 1 014
Partiyam təkbaşına qalib gəlməlidir - Saakaşvili
Gürcüstan Vahid Milli Hərəkat Partiyası seçkidə təkbaşına qalib gəlməlidir.
 
Altaba.az xəbər verir ki, bunu "Mtavari arxi" televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
 
O, oktyabrda keçiriləcək seçkidə heç bir partiyanın Vahid Milli Hərəkatla mübarizə aparmaq gücündə olmadığını bildirib:
"Mənim fikrim o idi ki, bütün real müxalif qüvvələri birləşdirib, vahid parlament siyahısı hazırlamalıdır.
 
Onlar bundan imtina etdilər ki, bu da çox pisdir.
İndi Vahid Milli Hərəkat onun ümumi siyahı ilə etməsi gərəkdiyini etməlidir.
 
Milli Hərəkat bu seçkidə təkbaşına qalib gəlməlidir və əminəm ki, bu, belə də olacaq”.
 
Qeyd edək ki, Gürcüstandakı parlament seçkisinə 3 ay qalmış müxalifət partiyalarının yaratdığı Güc Birlikdədir koalisiyasından qopmalar başlayıb.
 
Belə ki, Yeni Gürcüstan Partiyasının (sədr Georgi Vaşadze) və Qanun və Ədalət Partiyası koalisiyanl tərk edib.
 
Hər iki partiya birgə Aqmaşenebeli Strategiyası Platforması yaradaraq seçkiyə gedəcəklərini açıqlayıblar.