Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

“Əgər 6 icra başçısı həbs olunubsa...” - Deputat İcra hakimiyyətlərinin ləğvindən DANIŞDI

29-08-2020, 10:30 Baxış: 788
“Əgər 6 icra başçısı həbs olunubsa...” - Deputat İcra hakimiyyətlərinin ləğvindən DANIŞDI
Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi sonuncu rəy sorğusu zamanı məlum olub ki, Azərbaycan əhalisinin yarıdan çoxu yerli İcra hakimiyyətlərinə etibar etmir.
 
Respondentlər arasında yerli İcra hakimiyyətinə etibar edənlər cəmi 46,2 faizdir. Sorğunun nəticələri ilə bağlı açıqlamada bu rəyin səbəbləri ilə bağlı məlumat göstərilməyib:
 
"Amma "Hansı sahədə daha çox islahatlara ehtiyac var” sualına cavab verənlərin yarıdan çoxu İcra hakimiyyətinin (53.7 faiz) adını çəkib.
 
Bu nəticə onu deməyə əsas verir ki, hələ də yerlərdə İcra hakimiyyətlərinin fəaliyyətləri qənaətbəxş deyil və vətəndaşlar tərəfindən səmərəli qiymətləndirilmir”-deyə STM-in açıqlamasında bildirilir. Belə olan halda, İcra hakimiyyəti sistemi ləğv edilə bilərmi?
 
Eyni zamanda, İcra hakimiyyətlərinin yerində hansı qurum yaradılmalıdır?
 
Sosial Tədqiqatlar Mərkəzinin sədri, deputat Zahid Oruc Altaba.az-a açıqlamasında mövzuya münasibət bildirib.
 
"Referendum yolu ilə tənzimləmək olar”
 
Mərkəz sədri İcra hakimiyyətlərinin ləğv edilməsinin referendum yolu ilə mümkünlüyünü söyləyib: "İcra hakimiyyətlərinin adının dəyişməsi və sairə məsələlər konstitusion məsələlərdir. Onları yalnız referendum vasitəsilə tənzimləmək olar. Həmçinin, bu kompitensiya olaraq ölkə rəhbərinin səlahiyyətləri çərçivəsindədir”.
 
"Əgər kimsə suallara fərqli cavab verirsə...
 
Zahid Oruc bildirib ki, iki icra başçısının təyinatı zamanl ölkə rəhbərinin konkret olaraq ali İcra hakimiyyəti orqanının rəhbəri kimi yerlərdə bilavasitə hüquqi cəhətdən təmsil edən şəxslərdən nələri tələb etdiyi bəlli oldu: "İlk növbədə sosial- iqtisadi inkişaf, investisiyaların cəlbi, sahibkarlıq mühitinin genişləndirilməsi, ardınca hüquqi aktların və sərəncamların verilməsi zamanı şəffaflıq və antikorrupsiya tədbirlərinin gözlənilməsi çox önəmlidir.
 
Daha sonra isə əhali ilə sıx təmaslar birbaşa onlarla dialoq mühitinin bərqərar olması istənilir. Görünən mənzərə bundan ibarətdir ki, bəzən bizim vətəndaşlarımızın tədqiqatlarda yer alan rəyləri belə, bir sıra hallarda media məkanlarında süngü ilə qarşılandığına şahidlik edirik.
 
Halbuki, respondentlərə bütün metodların ən incə və xüsusi tərəflərini təsdiq edərək vətəndaş mövqelərini ümumiləşdirməyə çalışırıq.
 
Bu zaman biz onların əvəzindən mövqe söyləmirik. Belə demək olarsa, barometr olarkən onların vətəndaş düşüncələrini alırıq. Konkret olaraq kimsə ona yönəldilmiş suallara fərqli cavab verirsə, bu STM-nin problemi olmur”.
 
"Həmin bölgələri inkişafdan məhrum edir”
 
Deputat İcra hakimiyyətlərində olan real mənzərəni də açıqlayıb:
 
"Real mənzərə ondan ibarətdir ki, İcra hakimiyyətlərinə yerlərdə münasibət mənfidir. Bəlli səbəblərdən ötən illər ərzində buna əsaslar yaranıb.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, onların korrupsiyaya yuvarlanması, keçilməz həddə çevrilən bürokratik zireh, sahibkarların kütləvi olaraq müxtəlif açıq və gizli tələblərin altında qalması, büdcə vəsaitlərinə əllərinin uzadılması, bu vasitə ilə təhsil və səhiyyə sektorunun İcra hakimiyyətlərinin mühüm gəlir yerinə çevirməsi həmin bölgələri inkişafdan məhrum edir.
 
33 rayon özü maliyyələşdirmə rejimində fəaliyyət göstərə bilir.
Hesab edirik ki, cənab prezident nüfuzlu xüsusi inkişaf etmiş, cəmiyyətdə yaxşı dayaqlara malik olan və onun idarəçiliyinə müsbət xallar gətirən güclü İcra hakimiyyətləri sistemində maraqlıdır.
 
Təəssüf ki, bu yöndə ötən illər ərzində görülən tədbirlər arzuolunan nəticələri verməyib.
O üzdən "hansı yeni modellər tətbiq oluna bilər” sualına gəlincə, düşünürəm ki, islahatların ən mühüm hədəflərindən biri bu olacaq”.
 
"Biz bunu sorğularla müşahidə edirik”
 
Zahid Orucun sözlərinə görə, bölgələrdə həmin başçıların fəaliyyətindən narazılıq vardı:
"Bununla bərabər, görünən mənzərə odur ki, əgər 6 icra başçısı həbs olunubsa, onların təmsil etdiyi bölgələr üst-üstə götürdükdə 700-800 min insanı əhatə edir.
Bunun kifayət qədər böyük rəqəm olduğunu düşünün.
 
Demək ki, o bölgələrdə insanlar həmin adamların fəaliyyətindən kəskin şəkildə narazı olurdular. Biz bunu sorğular zamanı müşahidə edirik”.