Bakı 30° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9163
  • RUB0,0240
  • NEFT$42.89
^
XƏBƏR LENTİ

Allahşükür Paşazadə Nobel mükafatına namizəd oldu

10-09-2020, 11:23 Baxış: 89
Allahşükür Paşazadə Nobel mükafatına namizəd oldu
Bu il Azərbaycandan Nobel mükafatına namizəd göstərilən şəxsin adı bəlli olub.
 
"Altaba"nın məlumatına görə, Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov "MediaPost”a açıqlamasında bildirib ki, bu il Azərbaycandan cəmi bir namizəd təqdim olunub.
 
Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəhbəri, bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi artıq təsdiqlənib.
 
Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə bundan əvvəl də Nobel Sülh mükafatına namizəd göstərilib.
Xatırladaq ki, Azərbaycanda Nobel İnformasiya Mərkəzi 1996-cı ildə Nazirlər Kabinetinin xüsusi qərarı ilə yaradılıb və dünyada beşinci mərkəz sayılır.