Bakı 20° C Temperatur

71

5m/s

  • USD1.7000
  • EUR2,0137
  • RUB0,0220
  • NEFT$40.31
^
XƏBƏR LENTİ

Sahibə Qafarova Rusiyaya rəsmi səfər edib

21-09-2020, 18:19 Baxış: 49
 
Sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfər edib.
 
Milli Məclisdən Altabaya verilən məlumata görə, bu, Sahibə Qafarovanın Milli Məclisin Sədri kimi Rusiyaya ilk rəsmi səfəridir. Nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədri Səməd Seyidov, Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, deputatlardan Eldar Quliyev, Mixail Zabelin, Əminə Ağazadə, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Beynəlxalq münasibətlər şöbəsinin müdiri İlkin Məmmədov və digər rəsmi şəxslər daxildirlər.
Moskva şəhərinin "Domodedovo” hava limanında Milli Məclisin nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədr müavini İlyas Umaxanov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıb. Sabah Parlamentin Sədri Sahibə Qafarova səfər proqramına uyğun rəsmi görüşlərə başlayacaq.