Bakı 25° C Temperatur

71

4m/s

  • USD1.7000
  • EUR1,9864
  • RUB0,0224
  • NEFT$41.73
^
XƏBƏR LENTİ

Türk general: Azərbaycan Ordusu ermənilərin 8 min əsgərini məhv edib - VİDEO

15-10-2020, 16:37 Baxış: 51
Türk general: Azərbaycan Ordusu ermənilərin 8 min əsgərini məhv edib - VİDEO
 
Türkiyənin aviasiya generalı Ərdoğan Karakuş Ermənistanın hava hücumundan müdafiə sisteminin iflic olduğunu açıqlayıb.
 
Altaba.az xəbər verir ki, "A Haber" kanalının canlı yayımında danışan general ermənilərin PUA-ları belə vura bilmədiyini söyləyib.
"Quruda irəliləməkdə çətinliklər var, amma buna baxmayaraq Ermənistanın hava hücumundan müdafiə sistemini PUA-larla, kamikadze dronlarla iflic etdik.
Hava hücumundan müdafiə sistemi məhv edildikdən sonra pilotsuz uçan aparatları vura bilmirlər".
 
Ermənistan ordusunun ciddi itkilərlə üzləşdiyini deyən Ə.Karakuş Azərbaycanın uğurlu hərbi əməliyyatlarına diqqət çəkib: "Bundan sonra Ermənistan ordusuna istədiyiniz kimi zərbə endirə bilərsiniz. Ermənistanın çox sayda əsgəri məhv edilib.
8 min əsgərin öldürüldüyü deyilir".