ABŞ-ın nüvə razılaşmasına qayıtması vacib deyil.
Altaba.az xəbər verir ki, bunu İran Ali lideri Əli Xamenei deyib.
O, sanksiyaların ləğvinin əhəmiyyət kəsb etdiyini bildirib:
"Biz ABŞ-ın nüvə razılaşmasına qayıtmasına israr etmirik, buna tələsmirik.
Bu, bizim işimiz deyil. Bizim tələbimiz sanksiyaların ləğvidir.
Bu, İran xalqından alınan haqdır.
ABŞ və Avropa ölkələri İranın bu haqqını təmin etməyə borcludurlar”.