Bakı 13° C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR1,9956
  • RUB0,0219
  • NEFT$44.44
^
XƏBƏR LENTİ

Ümid edirik ki, Bayden bunun fərqinə varacaq - Çavuşoğlu

8-01-2021, 22:49 Baxış: 23
Ümid edirik ki, Bayden bunun fərqinə varacaq - Çavuşoğlu
Ümid edirik ki, ABŞ-ın yeni hökuməti Türkiyə-Amerika münasibətlərinin strateji önəminin fərqinə varacaq və potensialı tam artırmaq üçün lazımi addımları atacaq.
Altaba.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
İspaniyanın EFE xəbər agentliyinə açıqlamasında Çavuşoğlu bildirib ki, Türkiyə ABŞ ilə köklü əlaqələrə dəyər verir: "Siyasi mənzərənin formalaşmasında zamana meydan oxuyan və transatlantik vasitə ilə bir ittifaqımız var.
Hazırda Türkiyənin milli təhlükəsizliyinə təsir edən bəzi məsələlərdə ABŞ ilə əhəmiyyətli fikir ayrılıqları var.
Bunlar ABŞ-ın PKK/PYD/YPG ilə əməkdaşlıq, FETÖ-ya qarşı addım atılmaması, və Türkiyəyə qarşı sanksiyalardır".