Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşaya gedərkən Füzuli rayonundan keçib.
Altaba.az xəbər verir ki, Mehriban Əliyeva səfərlə bağlı rəsmi "Instagram” səhifəsində video paylaşıb.
Videoda dövlət başçısı Azərbaycan Ordusunun bu ərazilərdə keçirdiyi əməliyyatdan danışıb:
"Azad edilmiş torpaqlara keçirik. Şanlı Azərbaycan ordusu bu istiqamətdən hücum edərək düşməni qova-qova torpaqlarımızdan çıxartdı.
Füzuli rayonu".
Mehriban Əliyeva düşmən tərəfindən dağıdılmış Qaraxanbəylinin görüntülərini də paylaşıb.
Həmin görüntüləri təqdim edirik: