Bakı C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR2,0494
  • RUB0,0230
  • NEFT$59,34
^
XƏBƏR LENTİ

Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Video

15-01-2021, 20:57 Baxış: 26
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək - Video
Bakıda Vətən müharibəsi memorial kompleksinin tikintisinə başlanılıb.
"Altaba”nın verdiyi xəbərə görə, hazırda Xətai rayonu, Ağ şəhərin yaxınlığına Yeni Bulvara bitişik ərazidə açıq havada muzeyin yaradılması üçün işlərə başlanılıb.
Bu muzeydə Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən hərbi qənimət kimi ələ keçirilən və qismən məhv edilən erməni silahlı qüvvələrinə aid texnikalar nümayiş olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamı ilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasına qərar verilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.