Bakı C Temperatur

71

8m/s

  • USD1.7000
  • EUR2,0494
  • RUB0,0230
  • NEFT$59,34
^
XƏBƏR LENTİ

AŞPA erməni deputatların terrorçu-diversantlarla bağlı təklifini rədd etdi

25-01-2021, 16:17 Baxış: 24
AŞPA erməni deputatların terrorçu-diversantlarla bağlı təklifini rədd etdi
Avropa Şurası Parlament Assambleyası (AŞPA) Ermənistanın qurumdakı nümayəndə heyətinin atəşkəsdən sonra Dağlıq Qarabağa gələn və Azərbaycanın təhlükəsizlik qüvvələri tərəfindən həbs olunan terrorçu-diversantlarla bağlı irəli sürdüyü təklifi rədd edib.
 
"Altaba”un Fransa bürosu xəbər verir ki, erməni deputatlar "erməni hərbi əsirlərin ölkəyə qaytarılmasının təxirə salınması" mövzusunun AŞPA-nın qış sessiyasında müzakirəyə çıxarılmasını istəyiblər.
Onlar bunu "Avropa İnsan Hüquqları Standartlarının pozulması faktı" kimi qələmə veriblər.
Ancaq AŞPA müzakirə təklifini qəbul etməyib. Xatırladaq ki, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı irəli sürülən müzakirəsi təxirəsalınmaz dörd mövzudan yalnız ikisi səsvermə nəticəsində qəbul edilib.
Onlardan biri 2021-ci ildə Alksey Navalnının həbsi və digəri internet nəhənglərinin söz azadlığına təhlükə mövzularıdır.